SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir

SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir
21 Sen 2026 23:40

ABŞ və İsrail gec-tez bölgəni tərk etməyə razılaşmalıdır.

News365.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.

"Düşmən hərbi sahədə uğursuzluğa düçar olduqdan sonra hibrid, koqnitiv, iqtisadi və media müharibələrinə üz tutub; lakin İran xalqı daxili potensiallara, müqavimət iqtisadiyyatına və müqəddəs milli birliyə arxalanaraq hər cür fitnəni zərərsizləşdirəcək", - SEPAH-dan vurğulanıb.

Bildirilib ki, silahlı qüvvələr qəti və dağıdıcı cavab verməyə hazırdır: "İran İslam Respublikasının Silahlı Qüvvələri elmə, strateji yeniliyə və müdafiədə özünə arxalanmaqla, hər bir təhdidi elə mənbəyindəcə zərərsizləşdirə biləcək bir səviyyəyə çatıb".


Sizin reklam burada
Sizin reklam burada