“Niyə bizi ayda iki dəfə rayonlara göndərirsiniz?” - Deputatdan etiraz

“Niyə bizi ayda iki dəfə rayonlara göndərirsiniz?” - Deputatdan etiraz
13:20

“Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır”.

News365.az xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında deputat Səyyad Aran deyib. 

O bildirib ki, hazırda deputatın səlahiyyəti olmadığından yerlərdə vətəndaşların problemlərini həll edə bilmir.   “"Mənim səlahiyyətim olsaydı, İmişli Su və Melorasiya İdarəsinin müdiri Samir Məmmədova deyəndə ki, vətəndaşın üç oğlundan birinə iş ver, verərdi. Bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yolçəkən deyilsiniz, siz xəstəxana tikdirən deyilsiniz. Siz ancaq qanunvericiliklə məşğul olmalısınız. Onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Sənin hünərin çatır, ay nazir, nazirlər, gedin özünüz o camaatın qarşısına çıxın. Səni orda sözlə elə günə qoyacaqlar ki, adın yadından çıxacaq. O sözləri xalq bizə deyir. Çünki əlçatan bizik. Ayda iki dəfə xalqın içindəyik. Və orada da nə lazımdırsa, sözlərini deyirlər. Orada biz canımızı qoyub gəlirik. Çünki problemlərini həll eləyə bilmirik. Deyirəm ki, iki ildir sənə söz söyləmişəm, bunun uşağından birini işə götür. Yaxud da o biri su idarəsinin müdirinə söz deyirik, eşitmir. Niyə camaatın içinə göndərirsiniz ki, gedin onları dinləyin? Dinləyək, bizə deyirlər ki, iş ver. Yaxud da elə məsələlər qaldırırlar ki, baxıb görürsən ki, bu, tamamilə haqlı olan məsələdir və insan o söylədiyi problemin çıxılmazlığının içində boğulur”.


Sizin reklam burada
Sizin reklam burada