ADY-də onlara yeni vəzifə verildi - Foto

ADY-də onlara yeni vəzifə verildi - Foto
12:14

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də yeni təyinatlar olub.

News365.az xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.

Belə ki, Kəmalə Hüseynova İnsan resursları departamentinin İşçilərlə əlaqələr şöbəsinin müdiri, Vüqar Səməndov isə Maliyyə departamentinin müdir müavini vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, yeni təyinatadək K.Hüseynova İnsan resursları departamentində İstedadların idarə edilməsi şöbəsinin müdir müavini vəzifəsində çalışıb. V.Səməndov isə bu təyinata qədər özəl şirkətlərdən birində şöbə müdiri vəzifəsində işləyib.


Sizin reklam burada
Sizin reklam burada