"Yalı çapkını"nın aktrisası sərbəst buraxıldı - YENİLƏNİB

"Yalı çapkını"nın aktrisası sərbəst buraxıldı - YENİLƏNİB
11:20

Narkotik araşdırmaları çərçivəsində saxlanılan aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.

News365.az xəbər verir ki, bu barədə onun meneceri bildirib.

Onun sözlərinə görə, sənətçi narkotik müayinəsindən keçib və həmçinin prokurorluqdakı prosedurları tamamlayıb. Bundan sonra onun sərbəst buraxılmasına qərar verilib.

***

Türkiyənin məşhur "Yalı Çapkını" serialında rol alan aktrisa Afra Saraçoğlu narkotik vasitələrə qarşı keçirilən əməliyyat çərçivəsində hava limanında saxlanılıb.

News365.az yerli mediaya istinadla xəbər verir ki, sentyabrın 18-də aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya və Melis İşiten saxlanılsa da, Saraçoğlu barəsində də həbs qərarı çıxarılıb. Lakin o, həmin vaxt Parisdə olub və siyahıda yer aldığını xəbərlərdən öyrənib.

"Ədalətin bərqərar olması üçün mümkün qədər tez geri qayıdacağam. Prosesin ədalətli keçməsinə kömək edəcək və hüquq-mühafizə orqanlarımızla tam əməkdaşlıq edəcəyəm", – deyə Afra dünən bildirib.

Sənətçi sentyabrın 21-də hava limanına gələrkən saxlanılıb. Saraçoğlu günahsızlığını sübut edə bilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına aparılıb.

Onun narkotik testlərinin nəticələri hələ məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada