“Xaricdə təhsil
cəlbedicidir. Bəlkə də bütün valideynlərin arzusudur. Amma gərək burda yaxşı təhsil
alsın uşaq. Mütləq bir xarici dili mükəmməl bilməlidir. Bunun üçün valideyn
kifayət qədər xərc çəkməlidir”.
Bunu News365.az -a açıqlamasında tanınmış ziyalı
Vaqif Qarayev deyib. O bildirib ki, uşaq xarici Universitetə qəbul olunsa, yüksək
təhsil haqqı, kirayə haqqı, gündəlik xərclər və s. tələb olunur:
“Yəni xərc,
xərc, yenə də xərc! Hamının cibinə uyğundurmu? Xeyr! Hamı ana dilində oxusun. Belə
bir şüarçılıq var. Bəlkə də düz deyirlər. Onda xaricdə təhsildən vaz keçilməlidir.
Doğma uni lərdə oxuyacaq uşaq, qəbul olunsa. Bunu da çoxumuz istəmirik.
Bir
paradoksal vəziyyət də var. Ana dilində təhsil "fədailərinin" hamısının,
yenə deyirəm hamısının, züryəti xaricdə təhsil alır. Hansı pulla? Özləri bilər.
Burda, öz dilimizdə niyə oxutmursunuiz ki? Oxusun, sonra da vətənə, xalqa xidmət
eləsin də...gedib xaricdə qalmasın. Pafosdan xilas olsaq, təhsilin keyfiyyətini
yaxşılaşdırsaq, ali təhsilin modelini hər hansı bir Avropa ölkəsinə uyğunlaşdıra
bilsək, valideynlərin mavi yuxusu gerçəkləşə bilər”.
News365.az