Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyəyə məxsus C-130 tipli hərbi kargo təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 20 hərbi qulluqçu həlak olub.
News365.az xəbər verir ki, qəzaya görə aparılan axtarış-xilasetmə əməliyyatları Azərbaycan, Gürcüstan və Türkiyə qüvvələrinin birgə koordinasiyasında həyata keçirilib. Türkiyə Milli Müdafiə Nazirliyi şəhidlərin cəsədlərinin bu gün ölkəyə gətirilməsini planlaşdırır.
Nazirlik həmçinin bildirib ki, 12 noyabrdan etibarən C-130 təyyarələrinin bütün uçuşları müvəqqəti dayandırılıb:
“Bütün texniki yoxlamalar və detallı araşdırmalar tamamlandıqdan sonra, təyyarələrin uçuşlarına yenidən icazə veriləcək” – deyə açıqlamada vurğulanıb.
Hadisə bölgədə təyyarələrin təhlükəsizlik yoxlamalarının əhəmiyyətini bir daha ortaya qoyub və hərbi transport təyyarələrinin uçuşlarının diqqətlə izlənməsinin vacibliyini göstərir.
News365.az