Müğənni Zülfiyyə Xanbabyeva Qonaq verilişində həmkarları ilə münasibətlərindən danışıb.
O bildirib ki, əməkdaşlıq etdiyi insanlar arasında heç bir problem yoxdur və hamısını sevdiyini vurğulayıb:
“Həmkarlarım hamısını çox istəyirəm, onlar da məni çox sevir. Mən isti münasibətləri sevirəm. Çox tez-tez Aygünlə telefonla danışıram, dərdləşirik. Briliant Dadaşovanı neçə illərdir tanıyıram. Amma tez-tez Röyanın evində oluram, onun şən xarakteri məni güldürür. Heç kimlə problemim yoxdur. Bundan sonra da bir-birimizi yola verməmək, hansısa söz-söhbətə getmək ayıb olar. Bütün bunları arxada qoymuşuq” – deyə Zülfiyyə Xanbabyeva qeyd edib.