"Estoniya 2026-cı ildə beş ölkədə səfirlik açmağı planlaşdırır" - XİN başçısı

"Estoniya 2026-cı ildə beş ölkədə səfirlik açmağı planlaşdırır" - XİN başçısı
14:20

Estoniya gələn il beş ölkədə səfirlik açmağı planlaşdırır.

News365.az ERR portalına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.

"Estoniyanın qlobal əhatə dairəsi gücləndirilməlidir. 2026-cı il xarici siyasət tariximizdə mühüm ildir - biz beş səfirlik açmağı planlaşdırırıq. Yeni səfirliklərin açılması Latın Amerikasında, Saxaradan cənubda Afrika ölkələrində, həmçinin bizim üçün vacib olan Avropa İttifaqının namizəd və tərəfdaş ölkələrində mövqeyimizi və təsir dairəmizi genişləndirəcək", - o bildirib.

Yeni səfirliklər Azərbaycan, Ermənistan, Moldova, Braziliya və Keniyada açılacaq.

"Fiziki mövcudluq hökumətlər, müəssisələr və vətəndaş cəmiyyəti ilə daha səmərəli ünsiyyət qurmağa imkan verir", - nazir əlavə edib.



Sizin reklam burada
Sizin reklam burada