İordan çayının qərb sahilində məscid yandırıldı: Fələstin Vəqfləri hadisəni pisləyib

İordan çayının qərb sahilində məscid yandırıldı: Fələstin Vəqfləri hadisəni pisləyib
13:14

İşğal altındakı İordan çayının qərb sahilində, Selfit şəhərində yerləşən əl-Həcc Həmidə məscidi İsrail ordusu tərəfindən yandırılıb.

News365.az xarici mənbələrə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, məscidin divarlarına həmçinin irqçi yazılar yazılıb.

Fələstin Vəqflər Nazirliyi hadisəni müqəddəs yerlərə qarşı vəhşilik kimi qiymətləndirərək kəskin şəkildə pisləyib. Yerli sakinlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb, lakin məscid ciddi ziyan görüb.

Hadisənin İsrail ordusunun himayəsi altında baş verdiyi və bölgədə fələstinlilərə qarşı zorakılıqların artdığı bir dövrdə qeydə alındığı vurğulanır. Mütəxəssislər və hüquq müdafiəçiləri bu hücumu dini abidələrə və insan hüquqlarına qarşı yönəlmiş ciddi təxribat kimi qiymətləndirirlər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada