Axtarış tamamlandı - 20-ci şəhidin cəsədi də tapıldı

Axtarış tamamlandı - 20-ci şəhidin cəsədi də tapıldı
12:24

Azerbaycandan havaya qalxan və Gürcüstan–Azerbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayan Türkiyə ordusuna məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qalıqlarının axtarışı başa çatıb.

News365.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya düşən təyyarənin qalıqlarında aparılan axtarışlar nəticəsində 20-ci şəhidin də nəşi aşkar olunub.

Qeyd edək ki, təyyarədə ümumilikdə 20 hərbi qulluqçu olub və onların hamısı həlak olub.


Sizin reklam burada
Sizin reklam burada