Rövşən Telman oğlu Əkbərov birinci Qarabağ Müharibəsində iştirak edib.
News365.az xatırladır ki, ona Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
R.Əkbərov 1995-ci il mart hadisələri zamanı “OMON” silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (1993-cü il; 1995-ci il).
R.Əkbərov 2011-2020-ci illərdə Ordu korpuslarından birinin komandiri olub. 2020-ci ildə vəzifəsindən azad edilib.
2021-ci ilin oktyabrında R.Əkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O Ukraynada azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilib.
Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində baş verib. İstinqa müəyyən edib ki, R.Əkbərov Elçin Əliyev ilə aralarında yaranmış münaqişə zamanı sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürüb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adının alınmasını zəruri hesab etməyib. Buna səbəb kimi rütbə və fəxri adın geri alınması üçün təqdimatın olmadığı göstərilib.
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov artıq 5 ildir ki, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir. /// Modern.az