Ağdaşda da zəlzələ oldu - YENİLƏNDİ

Ağdaşda da zəlzələ oldu - YENİLƏNDİ
09:40

Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

***

Xəzər dənizində zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 02:13-də qeydə alınan zəlzələnin maqnitudası 4, dərinliyi 72 km olub.

Bundan əlavə, yeri vaxtla 02:50-də Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.


Sizin reklam burada
Sizin reklam burada