Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı loqopedik terapiyada idmanın əhəmiyyətindən danışıb.
News365.az xəbər verir ki, O, loqopedlər adətən idman mütəxəssisləri, psixoloqlar və pedaqoqlarla sıx əməkdaşlıq edir:
“Bu əməkdaşlığın əsas səbəbi idmanla nitq bacarıqları arasında olan sıx əlaqədir. Uşaqlarda nitq problemləri tez-tez motor bacarıqlarının zəifliyi ilə bağlı olur. Ona görə də terapiya prosesində bədən hərəkətləri və idman məşğələləri də paralel aparılmalıdır”.
A.Ələkbərova əlavə edib: “Uşaq yalnız loqopedə gəlirsə, amma idman məşqlərində iştirak etmirsə, bu, işimizi çətinləşdirir. Hər iki sahə bir-birini tamamlayır: bədən inkişaf etdikcə nitq də formalaşır, koordinasiya yaxşılaşdıqca səs və sözlərin idarə olunması da asanlaşır”.
Bu yanaşma uşaqların həm fiziki, həm də nitq inkişafını stimullaşdırmaq üçün inteqrasiya edilmiş bir metod olaraq önəmli hesab edilir.
News365.az