Türkiyə hərbçilərini daşıyan təyyarə qəzaya uğraması həm Türkiyədə, həm də Azərbaycanda dərin hüzn yaratdı, ölkələr arasındakı həmrəylik və birgə kədəri bir daha ortaya qoydu.
“Kaş ki, bu hadisə baş verməsəydi. Bu, həm Türkiyənin, həm də Azərbaycanın ağrısıdır. Azərbaycan və Türkiyə heç bir neqativ hadisənin baş verməsini istəməz. Lakin bu hadisə baş verdi. Üstəlik, möhtəşəm Zəfər Paradından sonra baş verməsi hüznümüzü daha da artırdı. Qardaşlarımız Azərbaycandan dönərkən bu faciə ilə qarşılaşdılar.
Politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında bildirib ki, bu faciə həm Türkiyənin, həm də Azərbaycanın ağrısıdır və heç bir tərəf belə hadisələrin baş verməsini istəmir.

Mən bir şeyi də qeyd etmək istəyirəm ki, müvafiq dövlət orqanları hər hansı cinayəti rəsmi elan etmədən əvvəl heç bir konspiroloji nəzəriyyəyə inanılmamalıdır, xüsusilə informasiya sahəsində. Bizdə bir xüsusiyyət var: ağızdan-ağıza yayılan məlumatlar dərhal tirajlanır və insanlar hadisəyə ekspert kimi şərh verməyə çalışır.
2024-cü ilin dekabrında Groznidə vurulan təyyarənin pilotları bütün dünyaya göstərdi ki, Azərbaycanda yüksək səviyyəli mütəxəssislər fəaliyyət göstərir. Dövlətin peşəkar insanları var və bu, bütün dünyaya sübut olunub. Biz yalnız Türkiyə və Azərbaycan dövlətlərinin rəsmi açıqlamalarından sonra fikir bildirməliyik.
Türkiyə-Azərbaycan münasibətlərinə ləkə vurmaq istəyən qüvvələr bunu mütləq istifadə edəcəklər. Lakin bu efsanələrə inanmaq olmaz” – deyə Mehman İsmayılov vurğulayıb.