Azərbaycanda 400 məktəb hələ də qəzalı vəziyyətdədir - Nazir rəqəmləri açıqladı

Azərbaycanda 400 məktəb hələ də qəzalı vəziyyətdədir - Nazir rəqəmləri açıqladı
12:17

"Azərbaycanda hələ də 400-ə yaxın məktəb qəzalı vəziyyətdədir."

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin birgə komitə iclasında – “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, son 20 il ərzində ölkədə təhsil infrastrukturunun yenilənməsi istiqamətində böyük işlər görülüb:

“2003–2025-ci illərdə 3600-dən çox məktəb binası inşa olunub. Təkcə 2025-ci ildə dövlət vəsaiti hesabına bir sıra təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə 47 məktəbdə işlər davam etdirilib, 20 məktəbin tikintisi başa çatdırılıb”.

Emin Əmrullayev əlavə edib ki, son 5 ildə qəzalı məktəblərin sayı əhəmiyyətli dərəcədə azalıb:
“Əgər əvvəllər belə məktəblərin sayı 1000 idisə, indi bu rəqəm 400-ə enib. Bu, hər il orta hesabla 100 məktəbin yenilənməsi deməkdir. Hazırda 400-ə yaxın məktəb binası qalır ki, onların da əsaslı təmirə və ya yenidən tikintiyə ehtiyacı var”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada