"Vaşinqtonda paraflanan sülh sazişi Cənubi Qafqazı stabilləşdirəcək”- İlham Əliyev

"Vaşinqtonda paraflanan sülh sazişi Cənubi Qafqazı stabilləşdirəcək”- İlham Əliyev
14:15

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.

News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.


Sizin reklam burada
Sizin reklam burada