Ukraynalılar 6 qəsəbədə mühüm mövqeləri itiriblər

Ukraynalılar 6 qəsəbədə mühüm mövqeləri itiriblər
11:40

Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiyanın "Cənub" qoşun qruplaşmasının cavabdehlik zonasında 170-ə qədər döyüşçüsünü itirib. Bu barədə Rusiya mediasına qruplaşmanın mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Fedorovka, Tixonovka, İvanopolye, Şerbinovka, Belokuzminovka və Çasov Yar qəsəbələri ərazilərində daha sərfəli mövqelər tutaraq Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini məğlub edə biliblər.

"Düşmən canlı qüvvə ilə yanaşı, beş zirehli döyüş maşını, üç avtomobili, beş səhra sursat anbarı, üç radioelektron mübarizə döyüş məntəqəsi və iki səhra artilleriya silahını itirib. Hücumlar üçün Rusiya hərbçiləri artilleriya və sursatlardan istifadə ediblər", - məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural