UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmada Azərbaycan klubları - "Araz-Naxçıvan", "Zirə" və "Sabah"ın potensial rəqibləri də müəyyənləşib.
“Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə görüşəcək.
“Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə üz-üzə gələcək.
"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) matçlarının qalibi ilə görüşəcək.
"Zirə" və "Araz-Naxçıvan" ilk görüşlərini evdə, "Sabah" isə səfərdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinn ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.