Ucarda yeniyetmə kanalda batdı

Ucarda yeniyetmə kanalda batdı
12:15

Ucar rayonunda yeniyetmənin su kanalında batması ehtimalı ilə əlaqədar axtarışlar aparılır.


News365.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Ucar şəhər sakini Ə.Hacıyev rayonun Rəstəcə kəndi ərazisindən keçən su kanalında itib. Onun suda batdığı güman olunur.

Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən gecə saatlarından başlayan axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada