Sabunçuda arvad ərini öldürüb

Sabunçuda arvad ərini öldürüb
13:42

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

News365.az xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

    Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

    A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


    Sizin reklam burada
    Sizin reklam burada