Türkiyəli partiya sədri Ağdam Şəhidlər Xiyabınını ziyarət etdi - FOTO

Türkiyəli partiya sədri Ağdam Şəhidlər Xiyabınını ziyarət etdi - FOTO
14:03

Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və onunla birgə olan heyət, Ağdam şəhərində 1-ci Qarabağ müharibəsi və Xocalı soyqırımında şəhid olan soydaşlarımızın məzarlarını ziyarət edib.

Ziyarət zamanı “Aşr-ı Şerif” oxuyan Destici, şəhidlər üçün dua edib.

Bu barədə açıqlama verən Destici bildirib: “Türk dünyasının ortaq taleyini bir daha şəhidlərimizlə hiss etdik. Qarabağ, Türkün öz yurdudur. Bu torpaqlarda can verən əziz qardaşlarımızı rəhmətlə anırıq.”

Destici, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinə xüsusi vurğu edərək, “Biz iki ayrı dövlət olsaq da, bir millətik. Bu birlik və bərabərlik, əziz şəhidlərimizin xatirəsi üzərində qurulub” ifadələrini işlətdi.

     


Sizin reklam burada
Sizin reklam burada