NATO-nun gələn il üçün mülki büdcəsi 528,2 milyon avro, hərbi büdcəsi isə 2,42 milyard avro olacaq.
News365.az xəbər verir ki, NATO-nun ümumi büdcəsi 2 milyard 948 milyon 200 min avro olacaq.
Açıqlamada bildirilib ki, 2026-cı ilin hərbi büdcəsi NATO-nun hərbi adaptasiyasına, müttəfiqlər arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına, böhranların qarşısının alınması və idarə olunmasına, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.
Məlumata görə, mülki büdcə mülki heyətin saxlanılması, əməliyyat xərcləri və mülki proqramların maliyyələşdirilməsini, hərbi büdcə isə NATO qərargahlarının, dünya üzrə proqramların, missiya və əməliyyatların icrası ilə bağlı xərcləri əhatə edir.
NATO üzvü olan ölkələr bu büdcələrə ümumi daxili məhsullarına (ÜDM) əsaslanan xərc bölgüsü mexanizmi çərçivəsində töhfə verirlər. Alyansın son sammitində qəbul edilən qərara əsasən, üzv dövlətlərdən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizi səviyyəsinə çatdırmaları tələb olunur.