Usta iş zamanı öldü

Usta iş zamanı öldü
10:55

Oğuzda usta iş zamanı ölüb.

News365.az xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Oğuz şəhər sakini Əhmədov Ramiz Kazım oğlu evdə təmir suvaq işləri görərkən dünyasını dəyişib. Onun ürəyindəki xəstəliklə bağlı vəfat etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dünən Mingəçevir şəhərində də 72 yaşlı ustanın iş başında dünyasını dəyişməsi barədə xəbər vermişdik.


Sizin reklam burada
Sizin reklam burada