Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək
13:00

Türkiyə milli komandası dünya çempionatının final mərhələsinə hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
 

Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.


"Ay-ulduzlular" beş gün sonra isə ABŞ-nin Fort-Loderdeyl şəhərində Venesuela seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.


Sizin reklam burada
Sizin reklam burada