Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU
13:59

2026/2027 mövsümündə dövlət tərəfindən klublara ayrılacaq vəsaitin məbləği bəlli olub.

i Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar üçün ediləcək yardımın məbləğində dəyişiklik olmayacaq.

Ötən mövsümdə olduğu kimi, Premyer Liqa klublarına ümumən yenə 30 milyon manat ayrılacaq. Bu isə 12 klub arasında bölünəcək. Yəni hər kluba illik 2.5 milyon manat veriləcək.

1 və 2-ci liqa klublarına ayrılan vəsaitdə də dəyişiklik yoxdur. 1-ci liqada yarışacaq 10 komandanın hər birinə bir mövsüm üçün 300 min, 2-ci liqada yarışan 12 klubun hər birinə isə 58 min manat (bir mövsüm üçün) ödəniləcək.


Sizin reklam burada
Sizin reklam burada