Tramp bu şəxsi vəzifəsindən azad etdi

Tramp bu şəxsi vəzifəsindən azad etdi
09:43

ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Baş Qərargah rəisi Çarlz Braunu vəzifəsindən azad edib.

News365.az xəbər verir ki, o, bu barədə "Truth" sosial media şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Tramp onun yerinə təqaüddə olan Hərbi Hava Qüvvələri generalı Den Keyni namizəd göstərib.

Tramp  Brauna ölkəyə 40 ildən artıq xidmətinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

Yeni namizəd Keynin xüsusilə İŞİD-lə mübarizədə uğurlar qazandığını vurğulayan Tramp, onun həm hərbi, həm də milli təhlükəsizlik sahəsində təcrübəli olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada