Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı

Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
12:12

Şarja-Bakı aviareysi ilə Azərbaycana gələn Qazaxıstan vətəndaşının üzərindən gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb.

News365.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sərnişin "Yaşıl Kanal" vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən davranışı gömrük əməkdaşlarında şübhə yaradıb.

Bundan sonra sərnişin "Qırmızı Kanal"a yönləndirilib və onun üzərində gömrük orqanına bəyan edilməyən ümumi çəkisi 2 502,524 karat olan brilyant qaşlar aşkar edilib.

Brilyantların ümumi dəyərinin 4 milyon manatdan artıq olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada