Tikinti şirkəti Elman Nəsirovun qızına məxsus mənzili niyə təhvil vermir?

Tikinti şirkəti Elman Nəsirovun qızına məxsus mənzili niyə təhvil vermir?
19:20

Milli Məclisin deputatı Elman Nəsirovun qızı Laləzar Əliyevanın qalmaqallı videosunda adı hallanan “Sipark İnşaat” 2017-ci ildə sökdüyü deyilən binanı təhvil verməməsi məsələsinə aydınlıq gətirib.

News365.az xəbər verir ki, Şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir.

“Milli Məclisin deputatı Elman Nəsirovun qızının dediyi iddiaların sonrakı açıqlamalarından da göründüyü kimi heç də hamısı həqiqəti əks etdirmir. Sonrakı açıqlamasında onun çox fikirlərini təkzib etdiyi görünür. Şirkətimizə aid olan sözügedən tikintiyə gəlincə, müəyyən gecikmələr olsa da, artıq problem aradan qalxıb. Binanın 3 bloku, demək olar ki, tam hazırdır. Digər 3 blokda işlər davam etdirilir. Liftlər quraşdırılır. Tezliklə sakinlər mənzillərinə köçürüləcək”, – açıqlamada deyilib.

Qeyd: “Sipark İnşaat”ın rəhbəri Seymur İsayevdir. Şirkətin Bakının bir neçə ərazilərində apardığı tikinti layihələrini yarımçıq dayandırdığı, işlərin çox ləng getdiyi, heç bir yeni layihə reallaşdırmadığı deyilir.


Sizin reklam burada
Sizin reklam burada