Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub.
News365.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rüstəm Namiq oğlu Aslanov Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Rüstəm Aslanov son təyinata qədər Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Hazırda Mingəçevir Dövlət Universitetində menecment ixtisası üzrə əlavə təhsil alır.
Ailəlidir, 2-ci dərəcəli dövlət qulluqçusudur.