Petropavlovsk-Kamçatskiyə yağan güclü qar səbəbindən təcili yardım maşınları xəstələri xizəklərdə daşımaq məcburiyyətində qalıblar. Bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.
"Qar bəzi yaşayış binalarına avtomobillərin girişini kəsib. Buna görə həkimlər xizəklərdən istifadə edirlər. Xüsusilə, Akademik Kurçatov küçəsində belə bir vəziyyət yaranıb",- paylaşımda yazılıb.
Martın 24-də Petropavlovsk-Kamçatskinin rəhbəri Yevgeni Belyayev bəyan etmişdi ki, 24 saat ərzində şəhərə 68 mm qar yağıb ki, bu da aylıq normanın 64%-ni təşkil edir. Müəssisələrə işçilərini distant şəkildə işlətmələri tövsiyə olunub, məktəblər və uşaq bağçaları bağlanıb.
Tural