"Bu gün qəbul edəcəyiniz Qəbələ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək”.
News365.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, bu təşkilat çərçivəsində həmrəylik, etimad daha da güclənib.
Jarapov bildirib ki, Qırğız Respunlikası sədrliyini başa çatdırır və onu Azərbaycana ötürür:
"Əminəm ki, Azərbaycan öz tərəfindən türk xalqlarının inkişafına yönəlmiş bütün səyləri inkişaf etdirəcək”.