Şuşa beynəlxalq səviyyəli görüşlərin məkanına çevrilir - TƏHLİL

Şuşa beynəlxalq səviyyəli görüşlərin məkanına çevrilir - TƏHLİL
06 İyl 2024 13:01

“Cənab prezidentin qeyd etdiyi kimi, bütün bu prosesin Şuşada həyata keçirilməsi, Şuşanın beynəlxalq səviyyəli görüşlərin keçirildiyi bir məkana çevrilməsinin sübutudur. Bütün bunlar dünyaya bir mesajdır”.

Bu sözləri News365.az-a açıqlamasında siyasi təhlilçi Arzu Nağıyev deyib. O, həmçinin Türk Dövlətləri Təşkilatının 6 İyul tarixində Şuşada keçirilən Zirvə Görüşü haqqında vacib məsələlərə aydınlıq gətirib. 

“Bu gün, Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi Zirvə görüşü keçirilib. Görüş Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan liderləri, eyni zamanda müşahidəçi qismində olan dövlətlərin liderləri və Türk Dövlətləri Təşkilatının baş katibinin iştirakıyla həyata keçirilib. Bu sammitin Şuşada keçirilməsi çox vacib və sevindirici bir məsələdir. Çünki sammitin sonunda Qarabağ bəyannaməsinin imzalanması gözlənilir.  Bununla belə, Türk Dövlətləri Təşkilatının bir yerdə olması iqtisadi və siyasi cəhətdən, gələcəkdə hərbi məsələlərin həlli istiqamətində də addımların atılması üçün də vacib məsələdir.”

A.Nağıyev açıqlamasında digər gündəm məsələlərə də toxunub:

“Dəhliz, daşınmalar və loqistik məsələlərdə danılmaz əhəmiyyətə malikdir.  İqlim dəyişikliyi ilə bağlı əsas addımların atılması, bu məsələlərin həlli yolunda müzakirələrin aparılması gözləniləndir. Orta dəhlizin açılması artıq Türk Dövlətləri arasında quru sərhədlərin yaranmasına gətirib çıxara bilər. Belə ki, orta dəhliz vasitəsilə daşınmalar həyata keçirilməlidir. Burada təbii ki, ən böyük məsələ Zəngəzur dəhlizi məsələsi, onun həlli istiqamətində atılacaq addımlardır. Düşünürəm ki, məhz görüş öncəsi cənab Prezidentin Qazaxıstanda Rusiya prezidenti  və Qazaxıstan prezidenti ilə keçirdiyi görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Türkiyə prezidenti cənab Ərdoğanın da müvafiq görüşlərinin keçirilməsi gələcəkdə Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün ən vacib məsələdir. Bununla yanaşı, gələcəkdə Azərbaycan və Ermənistan arasında imzalanacaq müqavilənin qeyri-şərtsiz olaraq Zəngəzur dəhlizinin açılmasına təsiri olacaq”.

Könül Abdullayeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər