Uqledardan mülki şəxslər təxliyə oluna bilmir

Uqledardan mülki şəxslər təxliyə oluna bilmir
10:58

Hazırda Uqledarda qalan mülki əhalinin təxliyyəsi mümkün deyil. Bu barədə Rusiya mediası məlumat yayıb.

KİV Müdafiə Nazirliyinə istinad edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Uqledarda yüzdən çox mülki şəxs qalıb.

"Rusiya hərbçiləri zirzəmilərdə gizlənənlərə yemək və su gətirir", - məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Uqledar isə oktyabrın 3-də işğal olunub. Qəsəbə müharibənin ilk günlərindən ukraynalıların əlində idi.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər