Yaxın günlərdə Rusiya və Tacikistan prezidentləri
arasında görüş olacaq.
News365.az bu barədə xarici mətbuata istinadla
xəbər verir.
Məlumata görə, bu, Rusiya dövlət başçısının tacikistanlı həmkarı Emoməli
Rəhmonun doğum günü münasibətilə ona ünvanladığı təbrik məktubundan məlum
olub.
Putin vurğulayıb ki, o, Rəhmonun iki ölkə arasında strateji
tərəfdaşlıq və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş daimi səylərini yüksək
qiymətləndirir.
“Yaxın günlərdə Moskvada baş tutacaq görüşümüz ərəfəsində,
hörmətli Emoməli Şərifoviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq
və dövlət fəaliyyətində yeni uğurlar arzulayıram”, - Rusiya prezidentinin məktubunda
deyilir.