Son günlər ölkə gündəmini Sumqayıt şəhərində küçə ticarəti ilə məşğul olan sahibkara qarşı keçirilən reyd zamanı nümayəndənin sərt davranışı zəbt edib.
News365.az-ın məlumatına görə, həmin şəxsin qeyri-etik və kobud davranışını əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş narazılığa səbəb olub.
Məsələ ictimailəşdikdən sonra sosial şəbəkələrdə “adsız qəhrəman” kimi tanınan şəxsin kimliyi dəqiqləşib. Bildirilir ki, sahibkara təhqiredici münasibəti ilə gündəmə gələn şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədəlovdur.
Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qanunsuz şəkildə məhsulu müsadirə edən nümayəndənin bundan əvvəl də eyni bölgədə analoji fəaliyyət göstərdiyi qeyd olunur.