Bu ölkə Bakıdakı konsulluq şöbəsini BAĞLAYIR

Bu ölkə Bakıdakı konsulluq şöbəsini BAĞLAYIR
06 Mar 2026 17:46

Orta Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi martın 10-dan 13-dək müvəqqəti fəaliyyət göstərməyəcək.  

New365.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.  

Bildirilir ki, martın 9-u Azərbaycanda qeyri-iş günü elan edildiyi üçün həmin gün səfirlikdə də qeyri-iş günü olacaq.  

Qeyd edək ki, bununla da ABŞ-İsrailin İrana zərbələr endirməsindən sonra Yaponiya səfirliyi ölkəmizdə fəaliyyətini ikinci dəfə müvəqqəti dayandırır.


Sizin reklam burada
Sizin reklam burada