“Hadisə sinif otağında baş verib” - “İdrak”dakı insidentin təfərrüatı

“Hadisə sinif otağında baş verib” - “İdrak”dakı insidentin təfərrüatı
12:28
Bakıda yerləşən "İdrak” liseyində şagird müəllimi güllələyib.

News365.az  xəbər verir ki, "İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı "Yeni Sabah”ın suallarını cavablandırıb.

- Hadisə necə olub?

- Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.

- Neçənci sinif şagirdidir?

- 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.

- Güllələnən müəllim qadındır yoxsa kişi?

- Qadındır. 

- Müəllimin vəziyyəti necədir?

- Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.

- Hansı fənndən dərs deyir? 

- Hazırda araşdırma aparılır. 

- Əvvəllər bu şagirdlə bağlı şikayət olub?

- Xeyr olmayıb.

- Həmin şagirdin davranışları normaldır?

- Bəli, normaldır.

- Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?

- Var. Ancaq keçirə bilib.

- Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?

- Sinif otağında baş verib. 

Sizin reklam burada
Sizin reklam burada