Gözləntimiz bu rejimin devrilməsidir.
News365.az xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman "Azadlıq" radiosunun hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib.
O, müharibənin "çox yaxşı" getdiyini bildirib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb.
"Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə, bu, azad dünya üçün ən böyük çağırışdır. Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq hamıya çox aydındır", – Liberman söyləyib.
Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan böyük qarışıqlığı xatırladıb:
“Bütün alternativlər arasında ən pis variant İranda molla rejiminin hakimiyyətdə qalmasıdır. Məncə, daha yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır".