“Ədalət” qəzetinin müxbiri Nicat Rüstəmov vəfat edib.
News365.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Nicat Rüstəmov “Ədalət” qəzetinin parlament müxbiri idi.
N.Rüstəmov uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. O, Bakıda və Türkiyənin paytaxtı Ankarada müalicə alırdı.
N.Rüstəmov 1978-ci ildə Ağdam şəhərində anadan olub.
Allah rəhmət eləsin!