Ağıllı eynəklər qadağan edilə bilər

Ağıllı eynəklər qadağan edilə bilər
06 Mar 2026 19:47

Meta şirkətinin istehsal etdiyi ağıllı eynəklərin şəxsi həyatın toxunulmazlığı ilə bağlı qanunu pozduğu idda edilir.

News365.az xəbər verir ki, iddialara görə, Meta şirkəti eynəklər vastisəi ilə çəkilən videoları izləyir. Bu da bank sahəsi və digər sahələrdəki məxfi məlumatların yayılmasına səbəb ola bilər. O cümlədən, insanların şəxsi həyatına aid intim görüntülərin izlənməsi də qanun pozuntusu kimi qiymətləndirilir.

ABŞ, İsveçrə və Birləşmiş Krallığda ağıllı eynəklərin istifadəsinin qanun çərçivəsində olub-olmadığı rəsmi müzakirə olunur. Eynəklərdən istifadənin qadağan ediləcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada