Bu gün İran prezidenti Məsud Pezeşkian bölgədəki gərginlik fonunda bəzi ölkələrin vasitəçilik təşəbbüsləri ilə çıxış etdiyini bildirib.
New365.az xəbər evrir ki, bununla bağlı, Pezeşkian “X” hesabında paylaşım edərək yazıb:
“Bəzi ölkələr vasitəçilik təşəbbüslərinə başlayıb. Onlara cavabımız aydındır: Biz bölgədə davamlı sülhə sadiqik, ancaq ölkəmizin ləyaqətini və nüfuzunu müdafiə etməkdə heç bir tərəddüd etmirik”.
Prezident paylaşımında qeyd edib ki, vasitəçilik təşəbbüsləri “İran xalqını qiymətləndirmədən münaqişəni başlayan tərəflərə” yönəlməlidir.