Dövlət Qoruğu Şuşaya gəlmək istəyənlərə müraciət edib

Dövlət Qoruğu Şuşaya gəlmək istəyənlərə müraciət edib
06 Mar 2026 16:43

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə edilən çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşa şəhərinə ictimai nəqliyyatla və fərdi avtomobillə gəliş icazəsi kifayət qədər asandır".

New365.az xəbər verir ki, bu, Dövlət Qoruğunun yaydığı məlumatda əksini tapıb.

"Beləki, Şuşaya ictimai avtobusla gəlmək üçün “biletim.az” portalı və ya mobil tətbiqindən avtobus bileti aldıqda, seçdiyiniz şəhər üzrə avtomatik 5 günlük icazə əldə edirsiniz. Qeyd edək ki, hər gün Bakıdan və Sumqayıtdan Şuşaya, həmçinin, Şuşadan Bakıya, Sumqayıta, Gəncəyə ictimai avtobuslar fəaliyyət göstərir.

Fərdi avtomobili ilə gələn Azərbaycan vətəndaşları isə bu üç variantdan birindən istifadə edə bilərlər: 

1) yolumuzqarabağa.az saytından qeydiyyatdan keçməklə; 

2) və yaxud e-polis mobil tətbiqində “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” bölməsini seçib fərdi maşınlarını qeydiyyatdan keçirməklə;

3) Şuşada yerləşən hotel və hotel tipli müəssisələrdə gecələməklə giriş icazəsini hotel əldə bilər.

   Xarici vətəndaşlar isə yolumuzqarabağa.az  saytından qeydiyyatdan keçməklə  və ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Turizm İnformasiya Mərkəzi ilə (+99455 2040604) əlaqə saxlamaqla giriş üçün icazəni 1 gün içində əldə edə bilərlər", - məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada