Naxçıvan aeroportuna hücumla bağlı İCAO-ya müraciət olundu

Naxçıvan aeroportuna hücumla bağlı İCAO-ya müraciət olundu
06 Mar 2026 19:40

Azərbaycan hökuməti İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) müraciət edib.

News365.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün İslam Respublikası ərazisindən Naxçıvan aeroportunun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.

"Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – "Aviasiya təhlükəsizliyi" sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat İCAO-ya göndərilməlidir.

Beynəlxalq standartlardan irəli gələrək Nazirliyin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi İCAO-ya müvafiq ilkin hesabat göndərib.


Sizin reklam burada
Sizin reklam burada