Azərbaycanın müdafiə naziri Zakir Həsənovla belaruslu həmkarı Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.
News365.az xəbər verir ki, tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.
General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.