Gəncədə yanğın olub.
News365.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektdə yerləşən "Xəmsə Park" ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.