Rusiya və Çin İrana açıq dəstək verməyəcək

Rusiya və Çin İrana açıq dəstək verməyəcək
06 Mar 2026 20:08

ABŞ və İrailin İranla münaqişəsinin 7-ci günüdür. Müharibə uzandıqca suallar yaranır. Başqa dövlətlər də bu müharibəyə qoşula bilər? Əgər qoşularsa, kimin yanında?


Ne
ws365.az-ın qonağı olan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bu sualara cavab verib. Ekspert bildirib ki, İran Rusiya və Çinə çox güvənirdi:

“Artıq müharibənin 7-ci günüdür. İran Rusiya və Çindən daha çox şey gözləyirdi. Çünki onlara İrana müharibədən əvvəl müəyyən dəstək veriblər. Hər iki tərəf İrana hava hücumundan müdafiə sistemləri göndərib. Hücum raketləri də göndərilib. Lakin bunlar öz effektini vermədi. Müharibə başladıqdan sonra isə Çin və Rusiya İrana açıq dəstək olmadı. İranın gözləntiləri özünü doğrultmadı”.

İlham İsmayıl ABŞ və İsrailə digər ölkələrin qoşulma ehtimalından da danışıb:

“ABŞ tərəfindən Avropa itifaqının açıq şəkildə müharibəyə qoşulacağını gözləmirəm. Çünki onlar təhlükəsizliklərini təhdid edən Rusiyaya qarşı da açıq müharibəyə qoşulmayıblar. Yəni Avropa böyük qoşunla bu müharibədə iştirak etməyəcək. Ola bilər Britaniya yaxud, Fransa əməliyyatlarda müəyyən dərəcədə iştirak etsin lakin onaların da genişmiqyaslı iştirak edəcəyinə inanmıram. Körfəz ölkələrinin müharibəyə qoşulma ehtmalı məncə daha çoxdur. Bu da müharibənin gedişinə elə də böyük təsir göstərməyəcək”.


Sizin reklam burada
Sizin reklam burada