Təxliyə başladı - İrandakı səfirimiz AÇIQLADI

Təxliyə başladı - İrandakı səfirimiz AÇIQLADI
14:43

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib.

New365.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib.

"Son 3 ildə (2023-2026) artıq ikinci təxliyyə", - səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə bu gün birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada