Tehranın sakinləri bu gün cümə namazından sonra nümayişə çıxıblar.
News365.az xəbər verir ki, nümayişçilər İsrail və ABŞ ilə münaqişədə sona qədər dayanmağa hazır olduqlarını bəyan ediblər.
Yürüş iştirakçıları ABŞ və İsrail zərbələri nəticəsində həlak olduğu bildirilən İranın ali dini lideri Seyyid Əli Xameneinin şəkilləri olan plakatlar daşıyıblar.
Nümayişçilərin əlindəki kiçik plakatlarda “Biz sona qədər dayanırıq” sözləri yazılıb. Onlar eyni zamanda ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.