Şamaxıda Qəbələ sakininin üzərinə avtomobil aşıb.
News365.az xəbər verir ki, hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Belə ki, Qəbələ sakini 1982-ci il təvəllüdlü Cəmşid Səlimov avtomobilini təmir edən zaman nəqliyyat vasitəsi onun üzərinə aşıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti stabildir.