BP sanksiyalar fonunda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsi çərçivəsində Rusiyanın “Lukoil” şirkəti ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib.
News365.az xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli neft-qaz sahəsi üzrə ixtisaslaşan media nümayəndələri ilə görüşü zamanı bildirib ki, şirkət beynəlxalq sanksiyalara riayət olunmasını təmin etmək üçün İranın NICO şirkəti ilə olduğu kimi, bu kontekstdə də "Lukoil" ilə də əməkdaşlıq edir.
Ciovanni Kristofoli qeyd edib ki, sanksiyalar "Lukoil"a təsir etdikdə, BP SOCAR, "Lukoil", Avropa İttifaqı və ABŞ ilə birlikdə saziş və iş mexanizmi hazırlamaq üçün çalışıb.
"Bu razılaşma "Şahdəniz"dəki əməliyyatların sanksiyalara tam uyğun şəkildə davam etməsinə imkan verir", - regional prezident bildirib.